Avropada qazın qiyməti yenidən 1 200 dolları ötüb

Avropada qazın qiyməti yenidən 1 200 dolları ötüb
# 14 oktyabr 2021 11:12 (UTC +04:00)

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti yenidən 1 200 ABŞ dolları həddini aşıb.

Bu barədə "APA-Economics" birja xəbərlərinə istinadən məlumat verir.

Məlumata görə, 14 oktyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) noyabr fyuçerslərinin qiyməti 973 dollar təşkil edib, bu da günün əvvəlinə olan qiyməti ilə müqayisədə 7,6% çoxdur.

Xatırladaq ki, 6 oktyabr tarixində TTF indeksi ilə qazın min kubmetrinin qiyməti ilk dəfə olaraq 2 000 dollara yaxınlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR