Azərbaycan alüminiumun ixracını kəskin artırıb

Azərbaycan alüminiumun ixracını kəskin artırıb
# 24 may 2021 11:28 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 52 985,98 min ABŞ dolları dəyərində 22 101,88 ton alüminium və ondan hazırlanan məmulatları ixrac edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, 2021-ci ilin yanvar-aprel aylarında Azərbaycanın ixrac etdiyi alüminium və ondan hazırlanan məmulatların dəyəri ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 2 dəfə, həcmi isə 61,5% artıb.

Məlumata görə, hesabat dövründə alüminiumun ümumi qeyri-neft sektoru üzrə ixracda payı 7,6% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR