Azərbaycan avtoyanacaq istehsalını artırıb - CƏDVƏL

Azərbaycan avtoyanacaq istehsalını artırıb - CƏDVƏL
# 16 noyabr 2021 10:45 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3 633,8 mln. manat olub ki, bu da illik müqayisədə 16,3% çoxdur.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 2,1 dəfə, sürtkü yağlarının istehsalı 65,6%, neft koksunun istehsalı 33,7%, dizel yanacağının istehsalı 21,8%, avtomobil benzininin istehsalı 7,5%, neft bitumunun istehsalı 0,6% artıb.

Məlumata görə, hesabat dövründə yanacaq mazutunun istehsalı 27,4% azalıb.

Azərbaycanda neft məhsullarının dinamikası:

Məhsul növləri

Yanvar-oktyabr, 2021

İllik müqayisə, %

Avtomobil benzini, min ton

1 029,6

107,5

Neft-kimya sənayesində istifadə üçün benzin, min ton

342

2,4 dəfə

Ağ neft, min ton

403,6

98,9

Dizel yanacağı, min ton

2 062,7

121,8

Yanacaq mazutu, min ton

34,7

72,6

Sürtkü yağları, min ton

42,9

165,6

Neft bitumu, min ton

301,5

100,6

Neft koksu, min ton

219,8

133,7

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR