Azərbaycan elektrik enerjisinin istehsalını artırıb

Azərbaycan elektrik enerjisinin istehsalını artırıb
# 17 avqust 2021 17:39 (UTC +04:00)

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 14 868,8 mln. kVt-saata elektrik enerjisi istehsal edilib ki, bu da illik müqayisədə 4% çoxdur.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, istehsal edilən əmtəəlik elektrik enerjinin həcmi yanvar-iyul aylarında 14 411,2 mln. kVt-saat təşkil edib (artım 4,3%).

Komitənin məlumatına əsasən, ölkədə istehsal edilən elektrik enerjinin 13 467,6 mln. kVt-saat istilik (artım 3,8%), 858,1 mln. kVt-saat su elektrik (artım 13,3%) stansiyaların payına düşüb. İstehsal edilən elektrik enerjinin qalan hissəsi isə külək və günəş ilə işləyən elektrik stansiyalar ilə təmin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR