Azərbaycan elektrik enerjisinin istehsalını artırıb

Azərbaycan elektrik enerjisinin istehsalını artırıb
# 16 noyabr 2021 10:18 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 21 245,7,8 mln. kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da illik müqayisədə 7,2% çoxdur.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, istehsal edilən əmtəəlik elektrik enerjinin həcmi yanvar-oktyabr aylarında 20 592,4 mln. kVt-saat təşkil edib (+7,6%).

Komitənin məlumatına əsasən, ölkədə istehsal edilən elektrik enerjinin 19 387,6 mln. kVt-saat istilik (+7,1%), 1 081,5 mln. kVt-saat su elektrik (+17,2%) stansiyaların payına düşüb. İstehsal edilən elektrik enerjinin qalan hissəsi isə külək və günəş ilə işləyən elektrik stansiyalar ilə təmin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR