Azərbaycan neft ixracını azaldıb

Azərbaycan neft ixracını azaldıb
# 24 avqust 2021 09:59 (UTC +04:00)

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 16,4 mln. ton neft (kondensatla birlikdə) ixrac edib, bu da 2020-ci ilin müvafiq dövrünə nisbətən təxminən 517,5 min ton və ya 3% azdır.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, ixrac edilən neftin (kondensatla birlikdə) 15,6 mln. tondan çoxu ”Azəri-Çıraq-Günəşli” neft-qaz yataqlar blokunun və “Şahdəniz” qaz-kondensat yataqlının payına düşüb.

Məlumata görə, SOCAR hesabat dövründə 823,7 min ton neft ixrac edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR