Azərbaycan yanvar-apreldə qızıl ixracını kəskin artırıb

Azərbaycan yanvar-apreldə qızıl ixracını kəskin artırıb
# 31 may 2021 14:33 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 64,6 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib.

"APA-Economics"in İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"na istinadən verdiyi məlumata görə, 2020-ci ilin eyni aylarında qızıl ixracının ümumi dəyəri 43,7 mln. dollar təşkil edib. Göründüyü kimi, qızılın ixracı bu il 47,8% artıb.

Təkcə aprel ayında isə Azərbaycan 21,2 mln. dollarlıq qızıl ixrac edib ki, bu da illik müqayisədə 2,9 dəfə çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR