Azərbaycanda dəniz nəqliyyatı ilə daşınan neft və neft məhsullarının həcmi artıb

Azərbaycanda dəniz nəqliyyatı ilə daşınan neft və neft məhsullarının həcmi artıb
# 25 avqust 2021 10:44 (UTC +04:00)

Bu ilin birinci yarısında Azərbaycanda dəniz nəqliyyatı ilə 1 089,5 min ton neft və neft məhsulları daşınıb, bu da illik müqayisədə 7,2% çoxdur.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, 2020-ci ilin müvafiq dövründə dəniz nəqliyyatı ilə 1 016,6 min ton neft və neft məhsulları daşınıb.

Xatırladaq ki, ötən il bu nəqliyyat növü ilə 2 078,3 min ton neft və neft məhsulları daşınıb, bu da illik müqayisədə 3,6% azalma deməkdir.

Qeyd etmək lazımdır ki, cari ilin yanvar-iyun aylarında Azərbaycanda dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 2 808,5 min ton səviyyəsində olub, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,9% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR