Azərbaycanda qaz istehlakı kəskin artıb

Ruslan Əliyev

© APA | Ruslan Əliyev

# 05 noyabr 2021 11:18 (UTC +04:00)

Bu ilin noyabr ayının ilk dörd günü ərzində "Azəriqaz" İstehsalat Birliyi ötən ilin müvafiq dövrü ilə müqayisədə 40 mln. kubmetr artıq qaz qəbul edib.

"APA-Economics"in məlumatına görə, bu barədə "Azəriqaz"ın baş direktoru Ruslan Əliyev "Açıq qapı" aksiyası çərçivəsində bildirib.

Onun sözlərinə görə, bu artım havanın ötən ilin müvafiq dövrü ilə müqayisədə daha erkən soyuması ilə əlaqədar istehlakın artımı ilə bağlıdır.

R. Əliyev qeyd edib ki, noyabrın 4-nə İstehsalat Birliyi 24 mln. kubmetr qaz qəbul edib ki, bu da illik müqayisədə 8 mln. kubmetr artım deməkdir.

Baş direktor onu da əlavə edib ki, qış mövsümündə gündəlik qaz istehlakı pik dövrlərdə 50 mlrd. kubmetr və daha yüksək ola bilər və İB üzrə şəbəkənin imkanları abonentlərin (2,4 mln. abonent) qaz istehlakını tam təmin etməyə imkan verir.

R. Əliyev əlavə edib ki, "Azəriqaz" qış mövsümünə hazırlıq çərçivəsində bütün lazımi tədbirləri həyata keçirir və abonentlərə verilən qaz tam olaraq dövlət standartlarına uyğundur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR