Azərbaycanda tikinti materiallarının istehsalı 47%-dək artıb - CƏDVƏL

Azərbaycanda tikinti materiallarının istehsalı 47%-dək artıb - CƏDVƏL
# 23 avqust 2021 13:06 (UTC +04:00)

Bu ilin yanvar-iyul ayında Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 446,3 mln. manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 46,7% artıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 72,2%, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 72,1%, hörmə üçün hazır beton qarışığının istehsalı 40,6%, tikinti gipsinin istehsalı 38,3%, tikinti əhənginin istehsalı 19,9%, tikinti kərpicinin istehsalı 13,7%, sementin istehsalı 4,3% artıb, asfaltın istehsalı isə 33,2% azalıb.

Ölkədə istehsal olunmuş tikinti materialları:

Mәhsul növlәri

2021-ci ilin yanvar-iyul aylarında istehsal edilib

Əvvəlki ilin müvafiq ayına nisbətən, %

Sement, min ton

1957,0

104,3

Tikinti gipsi, min ton

14,8

138,3

ondan әmtәәlik

14,8

139,6

Tikinti әhәngi, min ton

20,5

119,9

Sementdәn, süni daşdan vә ya betondan tikinti blokları vә kәrpiclәri, min ton

47,5

172,1

Betondan yığma tikinti konstruksiyaları, min kub metr

40,0

2,0 d.

Asfalt, min ton

60,5

66,8

Tikinti kәrpici, min kubmetr

330,9

113,7

Hörmә üçün hazır beton qarışığı, min ton

1475,3

140,6

Emal edilmiş mәrmәr, travertin, alebastr vә onlardan mәmulatlar, ton

22858,9

172,2

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR