"AzerGold"un 2035-ci ilədək dağ-mədən sənayesindən ölkə ÜDM-nə 22 mlrd. manat töhfə verəcəyi proqnozlaşdırılır

"AzerGold"un 2035-ci ilədək dağ-mədən sənayesindən ölkə ÜDM-nə 22 mlrd. manat töhfə verəcəyi proqnozlaşdırılır
# 02 avqust 2021 15:16 (UTC +04:00)

Qeyri-neft sektorunun əsas sahələrindən olan dağ-mədən sənayesinin inkişafında xüsusi rolu olan “AzerGold” tərəfindən 2035-ci ilədək əlvan və qara metal yataqlarının səmərəli istismarı ilə ölkənin məcmu ÜDM-nə 21,9 mlrd. manat həcmində töhfənin verilməsi,16 minə yaxın işçinin cəlb edilməsi proqnozlaşdırılır.

"APA-Economics"in məlumatına görə, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov öz "Twitter" hesabında yazıb. Onun sözlərinə görə, Prezident İlham Əliyevin Daşkəsən rayonuna səfəri çərçivəsində “AzerGold” QSC-nin “Çovdar” İnteqrə olunmuş Regional Emal Sahəsinə və “Mərəh” qızılmədəninə diqqəti qeyri-neft sektorunun əsas sahələrindən olan dağmədən sənayesinə verilən böyük önəmin göstəricisidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR