"Azərişıq" yarımstansiyalarını bərpa olunan enerji ilə soyudacaq

"Azərişıq" yarımstansiyalarını bərpa olunan enerji ilə soyudacaq
# 02 iyul 2021 11:27 (UTC +04:00)

"Azərişıq" ASC yarımstansiyaları bərpa olunan enerji ilə soyudulacaq.

"APA-Economics"in əldə etdiyi məlumata görə, soyutma qurğusu "Solar Winds Technology" şirkəti ilə birgənu "Sərin Yay" layihəsi çərçivəsində hazırlanıb. Qurğu təbii soyutma və günəş enerjisinin istifadəsini nəzərdə tutur.

Əsas məqsəd – isti yay günlərində elektrik enerjisindən istifadə səmərəliliyinin artırılması, güc mərkəzlərinin həddindən çox yüklənməsinin aradan qaldırılması və alternativ enerji mənbələrinin təbliğ edilməkdir.

Qurğu ətraf mühit temperaturunu ən azı 1,7 dəfə aşağı salmağa və saatda orta hesabla 50 kubmetr sərin hava istehsal gücünə malikdir. Konstruksiya iki növdə tətbiq edilə bilər: qapalı və açıq dövrə sxemi üzrə. Birinci halda, soyutma sistemi tələb olunan temperatur əldə olunarkən işini dayandırırsa, ikinci halda fasiləsiz işləyir. Bu da, qurğunun istifadə imkanlarını və tətbiq sahələrini genişləndirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR