"Azneft" hava şəraiti ilə əlaqədar 28 neftçini təxliyə edib

"Azneft" hava şəraiti ilə əlaqədar 28 neftçini təxliyə edib
# 16 noyabr 2021 11:06 (UTC +04:00)

Respublika ərazisində hava şəratitinin kəskin dəyişməsi, qeyri-sabit və yağıntılı keçməsi ilə əlaqədar olaraq SOCAR-ın “Azneft” İstehsalat Birliyi dənizdəki istehsalat sahələrində təhlükəsizlik tədbirlərini gücləndirib.

“Azneft”dən “APA-Economics”ə verilən məlumata görə, faktiki əsən küləyin sürətindən asılı olaraq təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər görülüb.

Məlumata görə, təhlükəsizlik tədbirləri çərçivəsində 28 nəfər təxliyə edilib. Bununla yanaşı, bütün sahələrdə maarifləndirmə işləri aparılır, mövcud vəziyyət daim nəzarət altındadır.

“Qəhrəman və fədakar neftçilərimiz iş başındadır. Hazırda istehsalat öz ahəngi ilə davam edir”, - məlumatda qeyd edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR