"Brent" neftinin qiyməti 120 dollaradək yüksələ bilər - PROQNOZ

"Brent" neftinin qiyməti 120 dollaradək yüksələ bilər - PROQNOZ
# 02 noyabr 2021 11:02 (UTC +04:00)

ABŞ-ın bank nəhəngi "Bank of America" 2022-ci ilin ortalarında "Brent" markalı neftin qiyməti ilə bağlı proqnozunu yüksəldib.

"APA-Economics"in məlumatına görə, bu barədə "Bloomberg" "Bank of America"ya istinadən xəbər verir.

Bankın proqnozuna görə, gələn ilin iyun ayının sonuna "Brent"in 1 barelinin qiyməti 120 ABŞ dollarınadək yüksələ bilər.

Qeyd olunur ki, qlobal enerji böhranı bütün dünyada qaz və kömür qiymətlərini artıraraq, London və Nyu-York birjalarında etalon neft fyuçerslərinin əvvəlki zirvələrinə qalxmasını sürətləndirib.

Bankın proqnozlarına görə, dizel və təyyarə yanacağı ilə birlikdə benzinə artan tələbat, emal gücü məhdudiyyətləri ilə birlikdə 2022-ci ildə neftin qiymətinin artımını daha da sürətləndirə bilər.

Qeyd edək ki, bu gün Bakı vaxtı ilə saat 10:55-ə olan məlumata görə, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2022-ci ilin yanvar müqaviləsinin dəyəri 0,51% artaraq 1 barelə görə 85,14 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR