CAREC regionunun enerji infrastrukturuna 400 mlrd. dollaradək sərmayəyə yatırılmalıdır

CAREC regionunun enerji infrastrukturuna 400 mlrd. dollaradək sərmayəyə yatırılmalıdır
# 02 dekabr 2021 14:35 (UTC +04:00)

Azərbaycanın rəhbərliyi ilə CAREC enerji cəmiyyəti də yaşıl enerji üzrə CAREC Yaşıl Enerji İttifaqının konsepsiyasının işlənib hazırlanmasına başlayıb.

Azərbaycan Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bunu Asiya İnkişaf Bankının vitse-prezidenti Şixin Çen Azərbaycanın Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramına sədrliyi ilə videokonfrans formatında V Enerji İnvestisiya Forumunda çıxış edərkən deyib.

Onun sözlərinə görə, bu İttifaq tezliklə investisiyalara hazır olan yaşıl layihələri müvafiq maliyyəçilərlə əlaqələndirmək üçün platforma yaradacaq.

“Enerji səmərəliliyindəki qlobal tərəqqi son 10 il ərzində zəifləyərək təxminən 1%-ə qədər olub. Növbəti 10 il ərzində CAREC regionunda təkcə enerji infrastrukturuna təxminən 400 mlrd. ABŞ dollar sərmayə qoyulmalıdır”, - deyə Şixin Çen qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR