EIA qlobal maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu azaldıb

EIA qlobal maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu azaldıb
# 14 oktyabr 2021 16:20 (UTC +04:00)

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) 2021-2022-ci illər üçün maye karbohidrogenlərin gündəlik qlobal hasilatı üzrə proqnozunu azaldıb.

"APA-Ecocomics"in EIA-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, bu il üçün maye karbohidrogenlərin gündəlik qlobal istehsalı ortalama 95,86 mln. barel səviyyəsində olacaq ki, bu da əvvəlki proqnoz göstəricisindən 0,28 mln. barel azdır.

Hesabata əsasən, 2022-ci ildə maye karbohidrogenlərin gündəlik istehsalı 101,32 mln. barel olacaq, bu, ötən proqnozla müqayisədə 0,13 mln. barel azdır.

Hesabatda qeyd olunur ki, 2020-ci ildə qlobal gündəlik istehsal 94,19 mln. barel təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR