Goranboyun iki kəndinin elektrik şəbəkəsi yenilənib

Goranboyun iki kəndinin elektrik şəbəkəsi yenilənib
# 26 avqust 2021 12:10 (UTC +04:00)

“Azərişıq” ASC Goranboy EŞ–nin xidməti ərazisində yerləşən, ucqar dağ kəndləri olan Rus Borisi və Buzluqda yenidənqurma işləri görüb.

ASC-dən “APA-Economics”ə verilən məlumata görə, Rus Borisi kəndində əsas problemlərdən biri meşənin içərisindən keçən köhnə 10 kV-luq xətt olub.

Yeni layihə əsasında xətt meşə ərazisindən çıxarılaraq yol kənarı ilə 6 km məsafədə metal dayaqlarla yenidən inşa olunub. Kənd daxilində 4500 metr izolyasiyalı naqillərlə 0,4 kV-luq xətt çəkilib, 2 ədəd transformator məntəqəsi yenisi ilə əvəz olunub.

Buzluq kəndi daxilində 5500 metr izolyasiyalı naqil və 200 ədəd metal dayaqdan istifadə olunub. 10 kV şəbəkə yenidən qurulub. 2 ədəd transformator məntəqəsi yenisi ilə əvəz edilib.

Qeyd edək ki, Goranboy rayonu Rus Borisi və Buzluq kəndlərinin elektrik təsərrüfatı keçən əsrin 60-cı illərində qurulub. Elektrik təchizatının yaxşılaşdırılması işləri başa çatdıqdan sonra ümumilikdə 300-dək abonent dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR