İdarələrarası Mərkəzin nümayəndələri Ağdamda tikilən yarımstansiyalara baxış keçiriblər

“Ağdam-2” yarımstansiyası

© APA | “Ağdam-2” yarımstansiyası

# 06 iyul 2021 16:19 (UTC +04:00)

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nümayəndələri Ağdam rayonunda tikilən “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarına baxış keçiriblər.

APA-nın yerli bürosu xəbərinə görə, bildirilib ki, yarımstansiyalara “Xındırıstan” yarımstansiyasından 40 km məsafədə ikidövrəli 110 kilovoltluq yüksəkgərginlikli elektrik verilişi xətti çəkilir.

“Ağdam-1” yarımstansiyasının yaxınlığında “Azərenerji”nin Qarabağ Regional idarəetmə mərkəzi də tikilir ki, burada ən müasir rəqəmsal avadanlıqlar yerləşdirilməklə işğaldan azad edilən rayonların avtomatik idarəetməsi reallaşdırılacaq.

Qeyd olunub ki, “Ağdam-2” yarımstansiyasında işlərin böyük hissəsi artıq görülüb, tikinti yekunlaşmaq üzrədir. “Ağdam-1” yarımstansiyasında da işlər sürətlə aparılır.

Ərazidəki enerji təsərrüfatında bütün işlərin yaxın aylarda yekunlaşdırılması planlaşdırılır.

Qeyd edək ki, Əlaqələndirmə Qərargahına Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR