IEA: Dünyadakı SES-lərin gücü 2030-cu il üçün 17% artacaq

IEA: Dünyadakı SES-lərin gücü 2030-cu il üçün 17% artacaq
# 09 iyul 2021 13:56 (UTC +04:00)

Dünyada su elektrik stansiyaların (SES) gücü 2030-cu il üçün 1 555 QVt-ı aşacaq ki, bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 230 QVt və ya 17% çoxdur.

"APA-Economics"in Beynəlxalq Enerji Agentliyinə (IEA) istinadən verdiyi məlumata görə, 2020-ci ildə dünyadakı SES-lərin gücü 1 330 QVt təşkil edib.

Buna baxmayaraq, proqnoza əsasən, 2021-2030-cu illərdə SES-lərin artım tempində 2010-2020-ci illərin göstəricisi ilə müqayisədə 23% azalma müşahidə olunacaq.

Qeyd olunur ki, bu azalma Çin, Latın Amerikası və Avropada inkişaf templərin yavaşlamasının nəticəsi olacaq, lakin Asiya-Sakit Okean bölgəsi, Afrika və Yaxın Şərqdə artım templərinin sürətlənməsi hesabına qismən kompensasiya olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR