İran Xəzərdə nəhəng qaz yatağı aşkar edib

İran Xəzərdə nəhəng qaz yatağı aşkar edib
# 20 avqust 2021 11:44 (UTC +04:00)

İran Xəzər dənizində yeni nəhəng qaz yatağı (“Çalous”) aşkar edib.

APA-Economics”in “Yahoo Finance”a istinadən verdiyi məlumata görə, yatağı İranın “Xəzər Kəşfiyyat və İstehsalat Şirkəti “ (KEPCO) inkişaf etdirəcək, lakin Rusiya və Çin tərəfindən texniki və maliyyə yardımı həyata keçiriləcək.

Məlumata görə, ilkin hesablamalar düzgün olsa, “Çalous” yatağının hesabına İran Avropanın qaz istehlakının ən azı 20%-i təmin edə bilər.

Qeyd edilir ki, yeni qaz yatağının qaz ehtiyatları super nəhəng “Cənubi Pars” yatağının ehtiyatlarının dörddə biri həcmində (təxminən 3,5 trln. kubmetr - red.) qiymətləndirilir. “Cənubi Pars” yatağının ehtiyatları təxmini 14,2 trln. kubmetr qaz və 18 mlrd. barel kondensat həcmində qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR