İraq 2027-ci il üçün məşəllərdə qazın yandırılmasını dayandıracaq

İraq 2027-ci il üçün məşəllərdə qazın yandırılmasını dayandıracaq
# 23 noyabr 2021 12:12 (UTC +04:00)

İraq 2027-ci ildə ölkədəki neft yataqlarında səmt qazının yandırılmasını dayandıracaq.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə İraqın Neft Nazirliyinin texniki idarəsinin rəhbəri Əli Həmmud bildirib.

"İraq hökuməti 2026-2027-ci illərdə səmt qazının məşəldə yandırılmasını dayandırmaq məsələsində nikbindir", - Ə. Həmmud deyib.

Onun sözlərinə görə, hazırda ölkədə qaz hasilatının ümumi həcminin təxminən 45%-i neft mədənlərində yandırılır.

Qeyd olunub ki, İraq hər il 18 mlrd. kubmetr qazı mədənlərdə yararsız şəkildə yandırır. Eyni zamanda, İraq hər il qonşu dövlətlərdən 20 mlrd. kubmetr qaz idxal edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR