"Lukoil" neftin qiymətinin tezliklə 100 dollara çatacağını gözləmir

Vahid Ələkbərov

© APA | Vahid Ələkbərov

# 15 noyabr 2021 14:23 (UTC +04:00)

Rusiyanın "Lukoil" şirkəti neftin bir barelinin qiymətinin tezliklə 100 ABŞ dollarına çatacağını gözləmir.

"APA-Economics"in TASS-a istinadən verdiyi məlumata görə, bunu ADIPEC-2021 beynəlxalq neft-qaz sərgisində keçirilən sessiyada şirkətin prezidenti və həmtəsisçisi Vahid Ələkbərov deyib.

"Düşünmürəm ki, biz neftin qiymətini tezliklə 100 dollar səviyyəsində görəcəyik", - o bildirib.

Xatırladaq ki, hazırda birjada "Brent" neftinin ixracına dair 2022-ci ilin yanvar müqaviləsinin dəyəri 81 dollar, bu ilin dekabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 80 dollar ətrafındadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR