Mədən vergisi üzrə büdcə daxilolmaları ötən il proqnozu üstələyib

Mədən vergisi üzrə büdcə daxilolmaları ötən il proqnozu üstələyib
# 24 may 2021 16:52 (UTC +04:00)

Ötən il Azərbaycanın dövlət büdcəsinə mədən vergisindən 130 193,5 min manat daxil olub ki, bu da proqnoz göstəricidən 0,5% çoxdur.

APA-Economicsn”ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində əksini tapıb.

Rəyə əsasən, 2020-ci ilin büdcəsinə mədən vergisindən daxilolmalar 2019-cu ilin göstəricisi ilə müqayisədə 2,7% azalıb.

“Dövlət büdcəsinə bu mənbədən daxil olmuş vergilərin 58,3%-i xam neft, 39,5%-i təbii qaz, 2,2%-i isə digər məhsullar üzrə mədən vergisinin payına düşür”, - rəydə qeyd olunur.

Məlumata görə, 2020-ci ildə xam nefti üzrə mədən vergisindən daxilolmalar 75 939,5 min manat təşkil edib ki, bu da proqnoz göstəricisindən 18,3%, illik müqayisədə isə 0,5% çoxdur. Hesabat dövründə təbii qaz üzrə mədən vergisindən daxilolmalar 51 399,4 min manat təşkil edib, bu da proqnozla müqayisədə 15%, illik müqayisədə isə 4,5% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR