OPEC: Azərbaycanda II rübdə qaz kondensatının istehsalı azalıb

OPEC: Azərbaycanda II rübdə qaz kondensatının istehsalı azalıb
# 15 iyul 2021 16:26 (UTC +04:00)

Bu ilin II rübündə Azərbaycanda gündəlik qaz kondensatın (natural gas liquids - NGLs) istehsalı 130 min barel təşkil edib ki, bu da ilin I rübünün göstəricisi ilə müqayisədə 60 min barel azdır.

Bu barədə "APA-Economics" Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, 2021-ci ilin I rübündə Azərbaycanda gündəlik qaz kondensat istehsalı 190 min barel səviyyəsində olub.

Qeyd olunur ki, may ayında sözügedən göstərici 130 min barel səviyyəsində olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR