Parlamentin komitə sədri: "Araz Vadisi İqtisadi Zonası Sənaye Parkı iqtisadi inkişafımızda öz tarixi rolunu oynayacaq"

Tahir Mirkişili, Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin sədri

© APA | Tahir Mirkişili, Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin sədri

# 04 oktyabr 2021 16:06 (UTC +04:00)

"Azərbaycanda Ümumi Daxili Məhsulun 35%-ə yaxını sənaye sahələrindən formalaşır. Bu göstəriciyə görə ölkəmiz Avropa qitəsində ən çox sənayeləşən ölkələrdən biridir. Sənayenin inkişafında son illərdə yaradılan sənaye parklarının və məhəllələrinin rolu xeyli böyükdür".

Bunu APA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.

Parlamentin komitə sədri deyib ki, hazırda ölkəmizdə 6 sənaye parkı və 5 sənaye məhəlləsi fəaliyyət göstərir: "Bu zonalarda ümumilikdə 9300 işçi çalışır. Son 3 ildə sənaye sonlarında çalışan insanlara rezidentlər tərəfindən 320 milyon manat maaş ödənilib. Bu işçilərin Dövlət Sosial Müdafiə Fonduna ödənişləri 80 milyon manatı keçib. Son 3 ildə bu zonalarda cəmi 2.6 milyard manat dəyərində məhsul satış olub. Bu məhsullardan 760 milyon manatlıq məhsul isə ixrac edilib. Bu rəqəmlər sənaye sonalarının iqtisadi və sosial rolunu açıq şəkildə göstərir".

T. Mirkişili qeyd edib ki, bu gün dövlət başçısının fərmanı ilə daha bir sənaye parkı - Araz Vadisi İqtisadi Zonası Sənaye Parkı yaradılır: “Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonunun resurslarını, Zəngəzur dəhlizinin açılması ilə yaranacaq tranzit potensialını, İran və digər cənub bazarlarına çıxışın mövcud olmasını və nəhayət, regionda gedəcək bərpa işlərini nəzərə alsaq, bu sənaye parkının böyük inkişaf potensialı var. Əminəm ki, Araz Vadisi İqtisadi Zonası Sənaye Parkı iqtisadi inkişafımızda öz tarixi rolunu oynayacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR