Pərviz Şahbazov: "Bərpa olunan enerji mənbələrinin qlobal istehlakda rolu artırılmalıdır"

Pərviz Şahbazov

© APA | Pərviz Şahbazov

# 05 noyabr 2021 10:33 (UTC +04:00)

"İqlim dəyişikliyi və enerji resurslarından istifadə məsələsi bütün ölkələri birləşdirir".

APA-nın xəbərinə görə, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov VIII Bakı Qlobal Forumu çərçivəsində "Qlobal iqlim dəyişikliyi ilə mübarizə və enerjiyə qlobal ehtiyacların qarşılanması: Hər iki məsələni eyni vaxtda necə həll etmək olar" adlı paneldə çıxışında deyib.

Nazirin sözlərinə görə, qlobal istiləşmə, iqlim dəyişikliyi artıq bu gün reallığa çevrilib: "Qlazqodakı qərarlar və nəticələr bizim bacarıqlarımızı və vədlərimizi və onların reallaşmasını müəyyən edəcək".

P. Şahbazov qeyd edib ki, enerji resursları və iqlim dəyişikliyi məsələsində üç əsas komponent diqqətdə olmalıdır: "ağıllı" enerjiyə keçid, iqtisadi inkişaf və iqlim dəyişikliyi ilə mübarizə.

"Biz qərarlar qəbul edəndə, bunları nəzərə alırıq. Ancaq əsas məsələ bu üç komponent arasında balansı tapmaqdır. Belə ki, doğru balans qərarlara da təsir edir. Yalnız bu komponentlərdən birini seçsək, bu, uğurlu fəaliyyətə gətirib çıxarmayacaq. Bərpa olunan enerji mənbələrindən istifadə önəmlidir. Enerji istehsalında bu mənbələrin rolu 36%-ə çatıb, lakin bu, kifayət deyil, davamlılığı artırmaq lazımdır. Enerji səmərəliliyi istiqamətində səylərimiz gücləndirməliyik. Azərbaycan çalışır ki, bütün aspektlər uyğunlaşsın. Qaz və neft istehsalçısı ölkəsiyik, lakin qətiyyətli və qərarlı şəkildə bərpa olunan enerji resursları istiqamətində işləyirik", - nazir bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR