"Qazprom" bir sıra Şərqi Avropa ölkəsinə qaz ixracını kəskin artırıb  

"Qazprom" bir sıra Şərqi Avropa ölkəsinə qaz ixracını kəskin artırıb  
# 15 noyabr 2021 17:45 (UTC +04:00)

Bu ilin əvvəlindən (ilin 10,5 ayı ərzində) Rusiyanın "Qazprom" şirkəti uzaq xarici ölkələrə 164,8 mlrd. kubmetr qaz tədarük edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 12,7 mlrd. kubmetr və ya 8,3% çoxdur.

"APA-Economics"in məlumatına görə, bu barədə Rusiya mətbuatı "Qazprom"a istinadən xəbər verir.

Məlumata görə, "Qazprom" ilin əvvəlindən 445 mlrd. kubmetr qaz hasil edib, bu da illik müqayisədə 58,8 mlrd. kubmetr və 15,2% çoxdur.

Qeyd olunur ki, hesabat dövründə qazın alışı xüsusən Almaniya (+19,6%), Türkiyə (+98,1%), İtaliya (+18,3%), Serbiya (+92,9%), Rumıniya (+247,1), Polşa (+7,3), Sloveniya (+53,3%), Finlandiya (+10,8%), Yunanıstan (+13,7%) və Bolqarıstan (+48,2%) hesabına artıb.

Xatırladaq ki, Azərbaycan Türkiyənin qaz idxalında Rusiyadan sonra ikinci yerdə qərarlaşıb. Bununla yanaşı, Azərbaycan 2020-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri vasitəsi ilə Avropaya qaz ixracına başlayıb. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır.

Qeyd edək ki, Azərbaycan Türkiyəyə də qaz ixrac edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR