“Qazprom” "Türk axını" ilə Macarıstan və Xorvatiyaya qazın tədarükünə başlayıb

“Qazprom” "Türk axını" ilə Macarıstan və Xorvatiyaya qazın tədarükünə başlayıb
# 01 oktyabr 2021 18:34 (UTC +04:00)

Rusiyanın “Qazprom” şirkəti oktyabrın 1-dən “Türk axını” kəməri vasitəsi ilə Macarıstan və Xorvatiyaya qaz nəqlinə başlayıb.

APA-Economics”in məlumatına görə, bu barədə “Qazprom” şirkətinin açıqlamasında bildirilir.

"Bu gün Rusiya təbii qazın yeni marşrutla - "Türk axını" kəməri vasitəsi və daha sonra Bolqarıstan, Serbiya və Macarıstanın milli qaz ötürmə sistemləri ilə Macarıstan və Xorvatiyaya tədarükünə başlayıb", - deyə məlumatda qeyd edilir.

Xatırladaq ki, "Türk axını" kəməri Rusiyadan Türkiyə, Cənubi və Cənubi-Şərqi Avropaya qaz tədarükünü təmin etmək məqsədilə Qara dənizin dibi ilə çəkilib. Qaz kəmərinin illik ötürmə gücü 31,5 mlrd. kubmetr təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR