"Qazprom"un boru kəmərləri ilə qaz ixracından gəlirləri 58% artıb

"Qazprom"un boru kəmərləri ilə qaz ixracından gəlirləri 58% artıb
# 09 iyul 2021 14:43 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Rusiyanın "Qazprom" şirkətinin boru kəmərləri ilə qaz ixracından əldə etdiyi gəlirləri 57,7% artaraq 16,2 mlrd. ABŞ dollarına çatıb.

"APA-Economics"in Federal Gömrük Xidmətinə istinadən verdiyi məlumata görə, may ayında qazın ixrac qiyməti aprel ayına nisbətən 7,7% artaraq 1 000 kubmetrə görə 199,7 dollar təşkil edib.

Məlumata görə, yanvar-may aylarında qaz ixracının fiziki həcmi 2020-ci ilin eyni dövrü ilə müqayisədə 15,3% artaraq 91,4 mlrd. kubmetrə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR