Qlobal mayeləşdirilmiş qaz bazarı iki dəfə arta bilər - PROQNOZ

Qlobal mayeləşdirilmiş qaz bazarı iki dəfə arta bilər - PROQNOZ
# 19 avqust 2021 17:29 (UTC +04:00)

Rusiya Energetika Nazirliyi qlobal mayeləşdirilmiş təbii qaz (LNG) bazarının 2040-2045-ci illər üçün təxminən iki dəfə artacağını gözləyir.

APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya energetika nazirinin müavini Pavel Sorokin bildirib.

Onun sözlərinə görə, 2020-ci ildə yeni növ koronavirus pandemiyasına baxmayaraq, bazarın həcmləri azalmayıb. 2040-2045-ci illərə qədər LNG bazarında tələbat artmağa davam edəcək və 750-800 mln. tona çata bilər. Hazırda isə bu göstərici 360-370 mln. ton səviyyəsindədir.

Rusiya hökumətinin proqnozlarına görə, 2021 və 2022-ci illərdə ölkədə LNG istehsalı 30,2-31,2 mln. ton, 2023-cü ildə 36,2-38,1 mln. ton, 2024-ci ildə isə 46-65 ton səviyyəsində ola bilər. 2020-ci ilin nəticələrinə görə, bu göstərici 31,2 mln. ton təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR