Rusiya Səudiyyə Ərəbistanına hidrogen enerjisi sahəsini birgə inkişaf etdirməyi təklif edib

Rusiya Səudiyyə Ərəbistanına hidrogen enerjisi sahəsini birgə inkişaf etdirməyi təklif edib
# 25 may 2021 17:37 (UTC +04:00)

Rusiya Səudiyyə Ərəbistanına hidrogen enerjisinin inkişafına dair işçi qrupu yaratmağı təklif edib.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak Rusiya-Səudiyyə Ərəbistanı Hökumətlərarası Komissiyasının iclasında deyib.

"Hidrogen enerjisinin inkişafı və enerjisaxlama texnologiyalarının inkişafı üzrə işçi qrupu yaratmaq təklifimiz var", - A.Novak vurğulayıb.

Onun sözlərinə görə, Rusiya hidrogen enerjisi də daxil olmaqla texnologiyalar və investisiyalar sahəsində kooperasiyanın inkişafını əməkdaşlığın vacib sahəsi hesab edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR