"Saxo Bank": Qaz qiymətləri Aİ iqtisadiyyatının rəqabət qabiliyyətinə zərbə vura bilər

"Saxo Bank": Qaz qiymətləri Aİ iqtisadiyyatının rəqabət qabiliyyətinə zərbə vura bilər
# 16 sentyabr 2021 11:42 (UTC +04:00)

Qaz qiymətlərinin artması qlobal miqyasda Avropa İttifaqının (Aİ) iqtisadiyyatının rəqabət qabiliyyətinə zərbə vura bilər.

"APA-Economics"in məlumatına görə, bu barədə RİA "Novosti"yə "Saxo Bank"ın xammal bazarı üzrə strategiyalar şöbəsinin müdiri Ole Hansen bildirib.

Qeyd olunur ki, 15 sentyabr tarixində Avropa fyuçers bazarında qazın min kubmetrinin qiyməti 950 ABŞ dollarını keçərək yeni tarixi maksimumu yeniləyib. Qiymətlərin kəskin artmasının səbəbi kimi Avropanın anbarlarında qaz həcminin az olması, Rusiyadan qazın tədarükün aşağı səviyyəsi və "Şimal axını-2" kəməri ətrafında olan qeyri-müəyyənliklər göstərilir.

O. Hansen xəbərdarlıq edir ki, qiymətlərin artması bu qışda Aİ-də elektrik enerjisinin verilişində fasilələrin yaranmasına səbəb ola bilər. Ekspert hesab edir ki, yaxın vaxtlarda qaza olan qiymət artımının qarşısı alınmasa, çətin şəraitdə keçəcək (elektrik enerjisinin verilişində məhdudiyyətlər fonunda – red.) qışın gəlişinə və enerji tələb edən sənaye sahələrinin rəqabət qabiliyyətinin azalmasına gətirib çıxara biləcək risk yarana bilər.

O. Hansen onu da əlavə edib ki, əsasən Almaniya və Fransada yerləşən enerji tələb edən sənaye istehsalatlar zərər çəkəcəklər.

Xatırladaq ki, Avropa bazarlarında qazın qiyməti ötən gün rekord 970 dollar həddinə çataraq hazırda azalmağa doğru gedir. Hazırda qazın qiyməti 770 dollar civarındadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR