"Sberbank": "Urals" neftinin qiyməti 2050-ci il üçün 26 dollar təşkil edəcək

German Qref

© APA | German Qref

# 30 iyun 2021 15:57 (UTC +04:00)

"Sberbank" 2050-ci il üçün Rusiyanın "Urals" markalı ixrac neftinin bir barelinin qiyməti 26 ABŞ dolları təşkil edəcək.

"APA-Economics"in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə "Sberbank"ın İdarə Heyətinin sədri German Qref bildirib.

O bildirib ki, "Sberbank" "Urals" markalı neftin qiymətinin 2050-ci il üçün 3 dəfə azalaraq 26 dollar təşkil edəcəyini proqnozlaşdırır.

"Təxmini hesablarımız – bu gün hökumətə təqdim etdik – deyərdim ki, çox ciddi görünür. Olduqca böyük narahatlıq yaradır. Xüsusilə "Urals" neftinin qiyməti. 77 dollar baza qiymətindən 2050-ci il üçün üç dəfə azalaraq bir bareli 26 dollara düşəcək. Qazın qiyməti iki dəfə azalacaq", - Qref vurğulayıb.

Xatırladaq ki, hazırda sözügedən markalı neft 75 dollar ətrafında ticarət olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR