SOCAR-ın "2035-ci ilə kimi Korporativ Strategiya"sı qəbul edilib

SOCAR-ın "2035-ci ilə kimi Korporativ Strategiya"sı qəbul edilib
# 14 oktyabr 2021 11:05 (UTC +04:00)

SOCAR-ın "2035-ci ilə kimi Korporativ Strategiya"sı qəbul edilib.

Azərbaycan İnvestisiya Holdinqindən “APA-Economics”ə verilən məlumata görə, hazırlanan yeni strategiya sənədi şirkətin qlobal, regional və yerli layihələrinin inkişaf tendensiyalarını bütövlükdə əks etdirməklə, neft-qaz sənayesində gələcək fəaliyyətin koordinasiyasını, dəyər zəncirinin inteqrasiyasının əsas istiqamətlərini müəyyən etməklə yanaşı, istehsal tsiklinin rəqəmsallaşmasına, innovasiyaların dəstəklənməsi, kadr potensialının zənginləşdirilməsi kimi sahələrin dayanıqlı inkişafına istiqamətləndirəcəkdir.

"2035-ci ilə kimi Korporativ Strategiya" SOCAR-a daha çoxşaxəli, diversifikasiya olunmuş investisiya portfeli qurmaq imkanı verəcək.

İclas iştirakçıları eyni zamanda Müşahidə Şurasının işinin təkmilləşdirilməsi və daha effektiv fəaliyyətin həyata keçirilməsi məqsədilə SOCAR-ın Müşahidə Şurasının Koordinasiya Ofisinin yaradılması və həmin ofisə Müşahidə Şurasının üzvü Ruslan Əlixanovun direktor təyin olunması barədə qərar qəbul ediblər.

İclasda Dövlət Neft Şirkətinin fəaliyyəti istiqamətində digər və cari məsələləri ilə bağlı da geniş müzakirələr aparılaraq müvafiq qərarlar qəbul olunub.

Dövlət Neft Şirkətinin Müşahidə Şurası Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında” 2021-ci il 23 yanvar tarixli Fərmanına əsasən yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR