Türkiyə Rusiya qazının idxalını kəskin artırıb

Türkiyə Rusiya qazının idxalını kəskin artırıb
# 28 oktyabr 2021 12:21 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Rusiyadan Türkiyəyə 18 790,65 mln. kubmetr "mavi yanacaq" ixrac olunub ki, bu da illik müqayisədə 2,7 dəfə çoxdur.

"APA-Economics"in Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsinin (EPDK) məlumatları əsasında apardığı hesablamalarına görə, yanvar-avqust aylarında Rusiya Türkiyənin ümumi qaz idxalında birinci yerdə qərarlaşıb.

Məlumata görə, Türkiyə 2020-ci ilin yanvar-avqust aylarında Rusiyadan 6 891,94 mln. kubmetr qaz idxal edib.

Qeyd olunur ki, cari ilin avqust ayında Türkiyə Rusiyadan 2 080,92 mln. kubmetr qaz idxal edib, bu da illik müqayisədə 51,9% çoxdur.

Xatırladaq ki, 2020-ci ildə Rusiyadan Türkiyəyə 16 176,34 mln. kubmetr "mavi yanacaq" ixrac olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR