Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisinin təyinatı dəyişir

Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisinin təyinatı dəyişir
# 17 noyabr 2021 16:03 (UTC +04:00)

Yerli əhəmiyyətli tikinti materialları bələdiyyə vergilərinin vergitutma obyekti siyahısından çıxarılır.
APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, yerli əhəmiyyətli tikinti materialları üzrə (kərpic-kiramid gilləri, tikinti qumları, çınqıl xammalı) bələdiyyə büdcəsinə ödənilən mədən vergisi dövlət vergilərinə aid ediləcək.
Qanun layihəsi müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR