Azərbaycanlı sahibkarlar Almaniyada işlənmiş texnika sərgisinə qatılıblar

Azərbaycanlı sahibkarlar Almaniyada işlənmiş texnika sərgisinə qatılıblar
# 07 aprel 2011 11:02 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) üzvü olan bir qrup iş adamı aprelin 6-8-də Almaniyanın Köln şəhərində keçirilən istifadə olunmuş maşın qurğuları və avadanlıqları üzrə beynəlxalq “USETEC 2011” Sərgisində iştirak etmək üçün Almaniyaya yola düşüb.

ASK-dan «APA-Economics»ə verilən məlumata görə, səfərin əsas məqsədi sahibkarlığın inkişafı, yeni texnologiyaların Azərbaycanın iş adamları üçün öyrənilməsi və tətbiqi, Almaniyanın ixrac texnikası, avadanlıqları və bu istiqamətdə fəaliyyət göstərən şirkətlərlə tanışlıq, ticarət əlaqələrinin genişləndirilməsidir.

Yarmarkada bütün sahələri əhatə edəcək işlənmiş texnika və avadanlıqlar nümayiş olunacaq. Azərbaycan sahibkarları belə yarmarkalardan yararlanmaq istəyirlər.

Qeyd edək ki, 16 uğurlu “RESALE” ticarət yarmarkalarından sonra USETEC RESALE-nin davamçısı olmaqla ən böyük istifadə olunmuş maşın və avadanlıqların ticarət yarmarkasıdır. 2011-ci ildən etibarən bu yarmarka hər il Köln şəhərində keçiriləcək.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR