Bakıda «HOREX Azerbaijan» sərgisi keçiriləcək

Bakıda «HOREX Azerbaijan» sərgisi keçiriləcək
# 12 may 2011 10:08 (UTC +04:00)
«Iteca Caspian» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, yubiley olan sərgi Azərbaycan, Almaniya, Rusiya, Türkiyə və Fransadan olan şirkətləri bir yerə toplayacaq və həmin şirkətlər mehmanxana və restoranlar üçün avadanlıqlar, ticarət, vitrin və soyuducu avadanlıqları, «fast food» avadanlıqları, qəhvə üyüdən maşınlar və qəhvə, hotellər üçün ətir-gigiyena vasitələri, dizayn və interyerin bəzədilməsi, təhlükəsizlik və daxilolmaya nəzarət, mehmanxanalar üçün interaktiv sistemləri və bir çox digər məhsulları nümayiş etdirəcək.

«Sərginin eksponentləri arasında həm daimi iştirakçılar, həm də debütantlar var. Belə ki, Fransadan olan şirkətlər, ilk dəfə olaraq, istənilən mürəkkəbliyə malik mətbəxlər üçün (layihənin əvvəlindən sonuna qədər təchiz etməklə) nəzərdə tutulmuş avadanlıqlarını nümayiş etdirəcək. Almaniyadan olan şirkətlər isə geniş çeşiddə məhsullar, o cümlədən qida plyonkası, çörək və bulka məmulatları üçün sarğı kağızı, zibil və ərzaq tullantıları üçün torbalar, həmçinin, mehmanxana, restoran və kafelər üçün nəzərdə tutulmuş bir çox digər nümunələri əhatə edən ekoloji məhsulları nümayiş etdirəcək», - deyə «Iteca Caspian»dan bildirilib.

Sərgi çərçivəsində İsveçrənin interyer üzrə aparıcı memar və dizaynerlərindən biri tərəfindən master-klass keçiriləcək.

Qeyd edək ki, Xəzəryanı regionda mehmanxana sektorunun yeganə ixtisaslaşmış tədbiri olan «HOREX Azerbaijan» sərgisi mehmanxana, restoran, supermarket, kafe və barların hərtərəfli təchizatı, mətbəx avadanlığı və bir çox digər məhsulları təqdim edən şirkətləri bir yerə toplayır.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR