Azərbaycan məhsulları Çində keçirilən sərgidə nümayiş olunur

Azərbaycan məhsulları Çində keçirilən sərgidə nümayiş olunur
# 17 iyun 2021 10:08 (UTC +04:00)

Çinin Heyloncian vilayətinin paytaxtı Harbin şəhərində 31-ci Beynəlxalq İqtisadiyyat və Ticarət sərgisi keçirilir.

İqtisadiyyat Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, Çindəki ticarət nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycan sərgidə "Fəxri qonaq ölkə" statusunda iştirak edir.

Pandemiya ilə əlaqədar Harbin şəhərində tətbiq edilən məhdudiyyətlər səbəbindən, bu il onlayn formatda keçirilən sərgidə Azərbaycan üçün 1 810 kv. metrlik 3D formatda onlayn "Made in Azerbaijan" vahid ölkə stendi hazırlanıb. Stenddə 20-dən çox şirkətin xalçaçılıq, qida və içki sənayesinə aid məhsulları həmçinin Azərbaycanın investisiya, nəqliyyat-tranzit və turizm potensialı nümayiş etdirilir.

İyunun 19-dək davam edəcək sərgidə məhsullarımız təşkilatçılar tərəfindən sərgi ilə yanaşı, müxtəlif onlayn platformalarda da reklam olunur.

Qeyd edək ki, 1990-cı ildən keçirilən Beynəlxalq İqtisadiyyat və Ticarət sərgisi Heyloncian əyalətinin ən önəmli beynəlxalq sərgisi hesab edilir.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR