"Dubay EXPO-2020" sərgisində Azərbaycan pavilyonu yaradılıb - FOTO

"Dubay EXPO-2020" sərgisində Azərbaycan pavilyonu yaradılıb - FOTO
# 04 noyabr 2021 15:09 (UTC +04:00)

Heydər Əliyev Mərkəzinin təşkilatçılığı “Dubay EXPO-2020” ümumdünya sərgisində Azərbaycan pavilyonu yaradılıb.

APA-Economics” xəbər verir ki, bu barədə Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında yazıb.

Nazir əlavə edib ki, pavilyonda ölkə iqtisadiyyatının şaxələndirilməsi, insan kapitalına sərmayə yatırımı, dayanıqlı inkişaf və ətraf mühitin mühafizəsi kimi qlobal sahələrdə əldə edilən nailiyyətlər sərgi iştirakçıları tərəfindən maraqla qarşılanır.

“Beynəlxalq əməkdaşlıq və investisiya imkanlarını təşviq edən “Dubay EXPO-2020” ümumdünya sərgisi davamlı inkişaf alətlərinin təqdimatı, biznesdə yeni istiqamətlər və etibarlı tərəfdaşlar qazanmaq üçün unikal platformadır”, - nazir əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR