Mədəniyyət və Turizm Nazirliyi yanvardan mehmanxanaların fəaliyyətini lisenziyalaşdırmağa başlayacaq

Mədəniyyət və Turizm Nazirliyi yanvardan mehmanxanaların fəaliyyətini lisenziyalaşdırmağa başlayacaq
# 22 dekabr 2006 14:16 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyi yanvardan mehmanxanaların fəaliyyətini lisenziyalaşdırmağa başlayacaq. APA-nın məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib ki, ilin sonunadək Nazirlər Kabineti lisenziyalaşdırmanın qaydalarını təsdiqləyəcək: “Turizm fəaliyyətinin lisenziyalaşdırılması qaydaları ölkə prezidentinin bu il imzaladığı fərman əsasında hazırlanır. Əgər bu fərman imzalanan kimi biz lisenziyalaşdırmaya başlasaydıq, indi mehmanxanaların çoxu fəaliyyət göstərməzdi. Biz onlara möhlət verdik”. Ə.Qarayev deyib ki, Azərbaycandakı bütün mehmanxanalar dövlətin lisenziyasını almalı və öz fəaliyyətlərini qanuniləşdirməlidir: “Mən söz verirəm ki, bu məsələdə bürokratik əngəllər olmayacaq. Ancaq şərtlərimizi ciddiləşdiririk. Bu gün mehmanxanalarla turizm şirkətləri arasında müqavilələr rəmzi xarakter daşıyır. Ona görə də tələblərimizi çiddiləşdiririk”. Nazirin sözlərinə görə, 5 il ərzində lisenziyalaşdırma dövlət tərəfindən həyata keçiriləcək. Sonra isə bu prosesə ayrı-ayrı təşkilatlar cəlb ediləcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR