Fövqəladə Hallar Nazirliyi Kür çayının deltasının təmizlənməsi üçün tədbirlər planı hazırlayıb

Fövqəladə Hallar Nazirliyi Kür çayının deltasının təmizlənməsi üçün tədbirlər planı hazırlayıb
# 09 may 2007 13:03 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib. K. Heydərovun sözlərinə görə, müvafiq qurumların iştirakı ilə araşdırmalar aparılıb və bu ilin sonuna qədər deltanın lildən təmizlənməsi başa çatdırılacaq: “Hazırda Mülki Müdafiə Qoşunlarının və Dövlət Sularda Xilasetmə Xidmətinin heyəti Kür çayının təhlükə yaratdığı ərazilərdə yerləşib. Təhlükə yaranarsa, vaxtında aradan qaldırılacaq”.
K. Heydərov bu il 3 vertolyot, 4 iri həcmli kater, 20 xilasetmə maşını və çoxlu sayda digər texnikanın ölkəyə gətiriləcəyini də vurğulayıb. Bununla yanaşı, Xəzər dənizinin sahilində 10-dək xilasetmə məntəqəsi qurulacaq, həmçinin FHN-in hospitalının tikintisi başa çatdırılacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR