2022-ci ildə təhsil xərcləri 12,4 faiz artırılacaq

2022-ci ildə təhsil xərcləri 12,4 faiz artırılacaq
# 08 sentyabr 2021 19:35 (UTC +04:00)

Gələn il dövlət büdcəsində proqnozlaşdırılan təhsil xərcləri açıqlanıb.

APA-nın xəbərinə görə, bu, Maliyyə Nazirliyinin 2022-ci il dövlət büdcəsi ilə bağlı proqnozunda əksini tapıb.

Qeyd edilib ki, 2022-ci ildə təhsil sektorunda 111 tədbiri əhatə edən 17 proqramın həyata keçirilməsi üçün 3740,0 milyon manat vəsait proqnozlaşdırılıb. Bu da 2021-ci ilin təsdiq edilmiş büdcəsi ilə müqayisədə 462,3 milyon manat və ya 12,4 faiz çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR