27 743 şəxs ali məktəblərə ixtisas seçimi ərizəsini təsdiqləyib

Dövlət İmtahan Mərkəzi

© APA | Dövlət İmtahan Mərkəzi

# 24 avqust 2021 15:57 (UTC +04:00)

“Bu günə olan məlumata əsasən, ixtisas seçimi ilə bağlı 35140 ərizə təqdim olunub”.

APA-nın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Facebook”da canlı yayımda deyib. O bildirib ki, onlardan 27 743 ərizə təsdiq olunub. M.Abbaszadənin sözlərinə görə, ərizələrdən 1400-ü ləğv olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR