34-cü Moskva Beynəlxalq kitab yarmarkasında erməni nasist kollaborant Njdenin kitabı nümayiş olunub

34-cü Moskva Beynəlxalq kitab yarmarkasında erməni nasist kollaborant Njdenin kitabı nümayiş olunub
# 27 sentyabr 2021 04:01 (UTC +04:00)

Rusiya paytaxtında keçirilən 34-cü Moskva Beynəlxalq kitab yarmarkasında Ermənistan stendində nasist kollaborant Qaregin Njdenin kitabı nümayiş olunub.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə məlumatı rusiyalı tanınmış hərbi ekspert, "Nasionalnaya oborona" jurnalının baş redaktoru İqor Korotçenko "Telegram" kanalında paylaşıb.

"24-27 sentyabr tarixlərində keçirilən 34-cü Moskva beynəlxalq kitab yarmarkasında Ermənistan stendində nasist kollaborant Qaregin Njdenin kitabı təqdim olunur. Rusiyanın hüquq-mühafizə orqanlarının reaksiyası olacaqmı? Yoxsa onların Njdenin yanında "Mayn Kampf"ı sərgiləmələrini gözləyirik? Nəticədə Hitler də, Njde də SSRİ ilə ideoloji mübarizə aparanlar idi, iki "sapoq"un tayları...", - deyə Korotçenko buna etirazını bildirib.

Korotçenko "Telegram" kanalında erməni faşist kollaborant Njdenin sərgidə nümayiş olunan "Род наша опора" kitabının fotosunu da paylaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR