7 ayda əhaliyə sosial yardım üzrə 3,5 mlrd. manat vəsait ödənilib

7 ayda əhaliyə sosial yardım üzrə 3,5 mlrd. manat vəsait ödənilib
# 20 avqust 2021 13:01 (UTC +04:00)

Pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə ödənişlərdə artım dinamikası davam edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya bildirilib ki, 2021-ci ilin yanvar-iyul aylarında da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən qeyd olunan istiqamətlər üzrə əhaliyə ötən ilin eyni dövrünə nisbətən 4,4% və ya 148,8 mln. manat çox olmaqla 3,5 mlrd. manat vəsait ödənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR