Azərbaycanda ilk dəfə bəy və gəlinin fotosessiyası kitab sərgisində keçirildi.
APA-nın məlumatına görə, “Baku International Book Fair” - 7-ci Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində onların sevimli yazıçısı ilə görüş keçiriləcəyini öyrənən kimi Cavidan Əliyev və Rəhmilə Agayeva toy günü sərgini ziyarət etmək qərarına gəldilər.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin stendində yeni evlənənlərə bugünkü ziyarət xatirəsinə Nizami Gəncəvinin kitabı hədiyyə edildi. 7-ci Bakı Beynəlxalq Kitab Sərgisi dünya ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunacaq.
Sevgi həm kitablarda, həm həyatda, həm də sərgidə olur!
Gənc cütlüyə xoşbəxtlik və ailə firavanlığı arzulayırıq!
7-ci Bakı Beynəlxalq Kitab Sərgisində gənc cütlüyün toy fotosessiyası keçirildi!
© APA | Bakı Beynəlxalq Kitab Sərgisində gənc cütlüyün toy fotosessiyası
10 oktyabr 2021 16:31 (UTC +04:00)
Sosial
Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib - FOTO
20:38
26 aprel 2024
Bakcell ilə innovasiya və həyəcan dolu bir dövr başladı!
20:00
26 aprel 2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
19:46
26 aprel 2024
Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb
19:40
26 aprel 2024