9 ayda qanunsuz narkotik dövriyyəsi ilə bağlı 6737 cinayət faktı aşkarlanıb

9 ayda qanunsuz narkotik dövriyyəsi ilə bağlı 6737 cinayət faktı aşkarlanıb
# 15 oktyabr 2021 11:53 (UTC +04:00)

Bu ilin 9 ayı ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 6737 cinayət faktı aşkarlanıb.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından APA-ya bildirilib ki, onlardan 2440-ı narkotik vasitələrin qanunsuz satışı, 3846-sı narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 366-sı qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 85-i isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 5 ton 650 kq 584 qr narkotik vasitələrin və psixotrop maddələrin 2 ton 490 kq 992 qr-nı heroin, 1 ton 108 kq 977 qr-nı marixuana, 1 ton 277 kq 611 qr-nı tiryək, 71 kq 935 qr-nı həşiş, 89,679 qr-nı kokain, 500 kq 344 qr-nı psixotrop maddələr, 200 kq 635 qr-nı isə digər narkotik vasitələr təşkil etmişdir. Həmçinin göstərilən dövr ərzində 5327 ədəd metadon və 46893 ədəd çətənə bitkisi qanunsuz dövriyyədən götürülüb.

Müvafiq dövr ərzində 782,469 hektar sahədən çəkisi 173 ton 370 kq olan 430716 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib.

2021-ci ilin 9 ayı ərzində Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 48530 nəfər istiqamətləndirilib. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 9033 nəfərindən 1838-nin istifadəçi olması müəyyən olunub və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib. Göstərilən dövr ərzində Dövlət Komissiyasının “802 Qaynar xətt” telefon xidmətinə 601 müraciət daxil olmuşdur ki, onların 135-i narkotik vasitələrin qanunsuz dövriyyəsi, 145-i narkotik asılılıqdan müalicə, 321-i isə digər məsələlərlə bağlı olub. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 280 məktub ünvanlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR