9 illik bazadan kolleclərə qəbul olunanların qeydiyyatı başlayıb

9 illik bazadan kolleclərə qəbul olunanların qeydiyyatı başlayıb
# 10 sentyabr 2021 11:33 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzi (DİM) ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlara müraciət edib.

DİM-dən APA-ya bildirilib ki, abituriyentlərin qəbul olunduqları təhsil müəssisələri üzrə qeydiyyatı onlayn qaydada həyata keçirilir.

Qəbul olunmuş şəxslər sentyabrın 10-dən 23-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.

Abituriyentlər qeydiyyat zamanı tələb olunan sənədlər və digər məsələlərlə bağlı Təhsil Nazirliyindən məlumat ala bilərlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Qeyd edək ki, boş qalan plan yerlərinə ixtisas seçimi qeydiyyat prosesi başa çatandan sonra aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR