ADPU-da yeni tədris dövründə COVID-19-a yoluxan tələbələrin sayı açıqlanıb

Azərbaycan Dövlət Pedaqoji Universiteti

© APA | Azərbaycan Dövlət Pedaqoji Universiteti

# 23 noyabr 2021 11:43 (UTC +04:00)

Tədris başlayandan indiyə qədər Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 100-ə yaxın tələbə yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq ADPU-nun mətbuat xidmətinin rəhbəri Cavid Hüseynov bildirib.

Onun sözlərinə görə, infeksiyaya yoluxanların arasında ağırlaşma və ölüm halları qeydə alınmayıb.

C. Hüseynov qeyd edib ki, indiyə qədər 39 qrup distant təhsilə keçib, artıq onların bir hissəsi ənənəvi təhsilə qayıdıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR